Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb – FOTO
31 oktyabr 2012 10:40 (UTC +04:00)
Bakı-APA. Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forumun son günündə Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanıb. Azərbaycan Gənclər Fondundan APA-ya verilən məlumata görə, Avropa İttifaqı və Azərbaycan arasında qeyri-formal təhsil sahəsində beynəlxalq gənclər əməkdaşlığının vacibliyinin və tanınmasının inkişafını özündə əks etdirən memorandum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun baş direktoru Miroslaw Marczewski tərəfindən imzalanıb. Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə keçirilib. Panellərin mövzuları ““Gənclər Fəaliyyətdə” Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq”, ““Gənclər Fəaliyyətdə” proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlər” olub. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib, Dövlət Bayraq Meydanında olublar.
Qeyd edək ki, forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğu olub. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsi idi.
Forumda 40-a yaxın ölkədən nümayəndə iştirak edib.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024