Lalə Məmmədova Leyli obrazında çıxış edib
30 aprel 2012 13:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının nümayişi keçirilib. APA-nın məlumatına görə, tamaşada Leyli obrazında əməkdar artist Lalə Məmmədova, Məcnun rolunda isə Səbuhi İbayev çıxış edib. 3 pərdəli, 6 şəkilli operada Leylinin anası əməkdar artist Sahibə Abbasova, atasını əməkdar artist Nizami Bağırov, Məcnunun atasını Elnur Zeynalov, anasını aktrisa Afaq Ağayeva, Nofəl obrazını xalq artisti Şahlar Quliyev, İbn-Səlam və Zeyd obrazlarını əməkdar artist Təyyar Bayramovla Nəzər Bəylərov ifa edib.
Operanın premyerasına qonaq qismində xalq artistləri Ağaxan Abdullayev, Flora Kərimova, Siyavuş Kərimi, Faiq Ağayev, Rafiq Hüseynov, Fuad Poladov, əməkdar artist İlqar Muradov, kinorejissor Oqtay Mirqasımov, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları qatılıb.

Mədəniyyət siyasəti
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub
13:30
4 may 2024
Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini bölüşməyə hazırdır
19:40
3 may 2024
Nazirlik "Azərbaycanfilm" və Nizami Kino Mərkəzinin AKİ-yə verilməsi təklifinə münasibət bildirib
19:34
3 may 2024
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
18:08
3 may 2024