Azərbaycanda Həcc ziyarəti mövsümü başlayıb

Azərbaycanda Həcc ziyarəti mövsümü başlayıb
# 13 oktyabr 2012 14:48 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, artıq iki təyyarə Səudiyyə Ərəbistanına yola düşüb. Onlardan biri oktyabrın 12-də, digəri isə oktyabrın 13-də bu ölkəyə uçub.

Zəvvarlar Bakı-Ciddə marşrutu üzrə yola salınırlar. Bundan sonra azərbaycanlı zəvvarlar daha 10 reyslə müqəddəs yerlərə gedəcək. Müvafiq olaraq 4 oktyabrda bir, 15 oktyabrda üç, 16 oktyabrda üç, 17 oktyabrda iki, 18 oktyabrda isə bir təyyarə Səudiyyə Ərəbistanına istiqamət götürəcək.

Həcc ziyarətini başa vurduqdan sonra zəvvarların 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə Azərbaycana qayıtması nəzərdə tutulur. Müvafiq olaraq 5 noyabrda iki, 6 noyabrda iki, 7 noyabrda iki, 8 noyabrda iki, 9 noyabrda bir, 10 noyabrda bir, 11 noyabrda bir, 12 noyabrda bir təyyarə zəvvarları Vətənə qaytaracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR