Bank Of Baku

Tiflis Dövlət Universitetinin professoru: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Konstitusiyasına uyğun həll olunmalıdır”

Tiflis Dövlət Universitetinin professoru: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Konstitusiyasına uyğun həll olunmalıdır”
# 08 fevral 2007 10:14 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda Tiflis Dövlət Universitetinin professoru Paata Davitaya Dağlıq Qarabağ problemi və erməni separatizminə dair məruzə ilə çıxış edib. APA-nın məlumatına görə, P. Davitaya çıxışında bildirib ki, Qafqazdakı münaqişələr Azərbaycan və Gürcüstan konstitusiyalarının prinsiplərinə uyğun həll edilməlidir: “Bizim bir düşmənimiz var, o da terrorizmdir. Ona görə də terrorizmə qarşı birgə mübarizə aparılmalıdır”. Gürcü alimin sözlərinə görə, Dağlıq Qarabağın tərəf və dövlət kimi tanınmaması Azərbaycan dövlətinin güclü xarici siyasətinin nəticəsidir. O, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi regional layihələrin əhəmiyyətini də vurğulayıb: “Vaxtilə Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsinin gerçəkləşməməsi üçün erməni lobbisi çox mübarizə apardı. Ancaq heç bir nəticəsi olmadı. O vaxt Heydər Əliyev Bakı-Tiflis-Ceyhan layihəsini, indi isə İlham Əliyev Bakı-Tiflis-Axalkələk-Qars layihəsini Gürcüstana hədiyyə etdi”.
Qeyd edək ki, P. Davitayaya AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun professoru adı verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR