Bank Of Baku

Yaşar Yakış: “Azərbaycan torpaqlarının işğalına son qoymamaqda israrlı olan daşnaklar öz ölkələrini haraya apardıqlarının fərqindədirlərmi?”

Yaşar Yakış: “Azərbaycan torpaqlarının işğalına son qoymamaqda israrlı olan daşnaklar öz ölkələrini haraya apardıqlarının fərqindədirlərmi?”
# 19 fevral 2007 08:36 (UTC +04:00)
“Uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin Nümayəndələr Palatasından keçməsi halında çox neqativ bir vəziyyət yaranacaq. Bu, hər şeydən əvvəl ABŞ-ın mənafeyinə zidd bir durum olacaq. Birincisi, Türkiyə-ABŞ münasibətlərində sonradan təmir edilməsi çox çətin olan soyuqluq yaranacaq. İkincisi, türk ictimaiyyətində ABŞ əleyhdarlığı güclənəcək. Üçüncüsü, Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi (əgər şərtlər yerinə yetirilərsə) imkanı aradan qalxacaq. Dördüncüsü isə, Ermənistan hamıdan çox zərər görəcək”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Böyük Millət Məclisinin Avropa Birliyi komissiyasının sədri, keçmiş xarici işlər naziri Yaşar Yakış deyib. Y. Yakış bildirib ki, onsuz da Ermənistan regional layihələrin hamısından kənarda qalıb: “ABŞ Konqresində qərar qəbul edilərsə, Ermənistanın xeyrinə nə dəyişə bilər ki? Azərbaycan torpaqlarının 20%-ni işğal edən və bu işğala son qoymamaqda israrlı olan daşnaklar öz ölkələrini haraya apardıqlarının fərqindədirlərmi? Ermənistan Bakı-Tifllis-Ceyhan layihəsində yoxdur, Bakı-Tiflis-Ərzurum layihəsində yoxdur, Qars-Ahalkələk-Tiflis-Bakı layihəsində yoxdur. İşğal etdikləri torpaqlardan çıxsaydılar, bəlkə də Qars-Gümrü-Naxçıvan yolunun bərpası mümkün ola bilərdi”. Y. Yakışın sözlərinə görə, bu gün Azərbaycan bölgənin getdikcə güclənən ölkəsi halına gəlməkdədir, Ermənistan isə regionun ən zəif ölkəsi durumundadır: “Belə davam edəcəyi təqdirdə ermənilər Türkiyə və Azərbaycanın iştirak etdiyi heç bir layihədə yer ala bilməyəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR