Bank Of Baku

Xocalı soyqırımına münasibət bildirməsi üçün Yaponiyanın baş nazirinə müraciət olunacaq

Xocalı soyqırımına münasibət bildirməsi üçün Yaponiyanın baş nazirinə müraciət olunacaq
# 19 fevral 2007 08:37 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Yaponiyanın Osaka əyalətində tədbirlər proqramı həyata keçiriləcək. Bu barədə APA-ya tədbirlər proqramını reallaşdıracaq Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətindən (AYDC) məlumat verilib. Proqrama uyğun olaraq əvvəlcə soyqırım qurbanlarının xatirəsi yad olunacaq, erməni barbarlarının törətdiyi əsrin cinayəti haqqında nitqlər söyləniləcək. Daha sonra Xocalı soyqırımı həqiqətlərini əks etdirən video və foto materiallar nümayiş etdiriləcək. Sərgi boyu AYDC üzvləri, könüllü yaponlar və Kansai regionunda yaşayan soydaşlarımız sərginin sonuna qədər ziyarətçilərə erməni vəhşiliklərini yapon və ingilis dilində izah edəcək. Bütün ziyarətçilərdən bəşəriyyətdə bənzər soyqırımlarının bundan sonra törədilməməsi üçün Xocalı həqiqətlərini daha geniş kütlələrə çatdırılması işinə və hələ də davam edən erməni təcavüzünün beynəlxalq ictimaiyyətdə birmənalı tanınması və pislənməsi kampaniyasına dəstək verilməməsi xahiş olunacaq. Bu məqsədlə imzatoplama kampaniyası təşkil olunacaq. Xocalı soyqırımını və erməni təcavüzünü pisləyən AYDC-nin bəyannaməsi gün boyunca toplanan imzalarla birlikdə Yaponiyanın baş naziri və parlamentinin hər iki palatasına göndəriləcək, buna münasibət bildirilməsi xahiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR