Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 03 may 2008 08:37 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri mayın 2-də saat 17.35-dən 20.20-dək ara-sıra Ermənistanın Noyemberyan və Berd rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Tovuz rayonu sahəsində yerləşən mövqelərini, saat 22.55-dən 23.55-dək Tərtər rayonun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, mayın 3-də saat 02.50-dən 03.05-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 04.50-dən 05.00-dək isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşəm cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR