Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 22 may 2008 07:26 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 21-də fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqedzor kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Koxa Nəbi, Ağdam və Ağbulaq kəndləri yaxınlığında yerləşən mövqelərini, saat 17.05-dən 17.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 17.30-dan 17.35-sək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.45-dən mayın 22-si saat 03.26-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR