Bank Of Baku

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən hansısa nəticə gözləmək hələlik tezdir”

Metyu Brayza: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən hansısa nəticə gözləmək hələlik tezdir”
# 22 may 2008 07:50 (UTC +04:00)
Daha sonra onların Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü nəzərdə tutulur. Bu barədə APA-ya ATƏT-in Mİnsk Qrupunun amerikalı həmsədri Metyu Brayza məlumat verib. Onun sözlərinə görə, həmsədrlər Qriqori Karasinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinin başa çatdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələsini müzakirə edəcəklər: “Daha sonra 12-ci Sankt-Peterburq beynəlxalq enerji forumu çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin bir-biri ilə tanış olmaq imkanı yaranacaq. Görüşdən nəsə gözləmək hələ tezdir, bu görüş daha çox tanışlıq xarakteri daşıyacaq”. Metyu Brayzanın sözlərinə görə, daha sonra həmsədrlər Helsinkidə ATƏT sədri Aleksandr Stabbla görüşəcəklər. Amerikalı diplomat prezidentlərin görüşündən sonra atılacaq addımlar barədə danışmağın tez olduğunu qeyd edib: “Hər şey görüşdən asılı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR