Bank Of Baku

Qənirə Paşayeva prezident Mixail Saakaşvili ilə görüşüb

Qənirə Paşayeva prezident Mixail Saakaşvili ilə görüşüb
# 22 may 2008 07:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstanda keçirilən parlament seçkisini müşahidə edən Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun sədri Qənirə Paşayeva Gürcüstan prezidenti Mixail Saakaşvili və onun xanımı Sandra Rulovsla görüşüb. APA-nın məlumatına görə, prezidentin səs verdiyi seçki məntəqəsində baş tutan görüşdə M. Saakaşvili seçkilərin normal keçdiyi deyib. O bildirib ki, Gürcüstanda həyata keçirilən islahatlar və inkişaf bundan sonra da davam edəcək: “Strateji müttəfiqimiz olan Azərbaycanla birlikdə bundan sonra daha böyük işlər görəcəyik”. Gürcüstanın yarım milyon azərbaycanlının vətəni olduğunu vurğulayan Q. Paşayeva isə bəyan edib ki, Azərbaycan Gürcüstanın sabitliyi və inkişafında maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR