Bank Of Baku

Saytında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən Litva şirkəti yanlışlığı aradan qaldırıb

Saytında Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən Litva şirkəti yanlışlığı aradan qaldırıb
# 22 may 2008 10:20 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Litvada beynəlxalq telefon danışıqlar kartı (GeMobile) istehsal edən “Gemini network LTD” şirkəti Dağlıq Qarabağı rouminq açılması mümkün olan ölkələrin siyahısından çıxarıb. APA-nın məlumatına görə, şirkətin saytında (httr://www.gemobile.lt/?lang=ru) yol verilmiş yanlışlıq artıq aradan qaldırıb.
Qeyd edək ki, APA-nın dünən yaydığı məlumatda şirkətin Avropa ərazisindən Dağlıq Qarabağa və Azərbaycanın işğal olunmuş digər rayonlarına zəng etmək imkanı yaratdığı, həmçinin saytın “Yaxın Şərq” bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi bildirilib. Litvanın Azərbaycandakı səfirliyinin birinci katibi Viliyes Samuela məsələ ilə bağlı ölkəsinin Xarici İşlər Nazirliyini məlumatlandıracağını demiş, ölkəsinin Azərbaycanla bağlı siyasətinin dəyişmədiyini vurğulamışdı. Diplomat sözügedən şirkətin özəl olduğunu qeyd etməklə yanaşı, anlaşılmazlığın yanlışlıqdan və məlumatsızlıqdan baş verə biləcəyini söyləmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR