Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı “Qarabağ dünən, bu gün, sabah” mövzusunda VII elmi-praktiki konfrans keçirib

Qarabağ Azadlıq Təşkilatı “Qarabağ dünən, bu gün, sabah” mövzusunda VII elmi-praktiki konfrans keçirib
# 22 may 2008 10:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş “Qarabağ dünən, bu gün, sabah” mövzusunda VII elmi-praktiki konfrans keçirib. APA-nın məlumatına görə, QAT sədri Akif Nağı bildirib ki, konfransa Qarabağın tarixindən, arxeologiyasından, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan və problemin hüquqi aspektlərindən bəhs edən 28 tədqiqat materialları təqdim olunub. A. Nağı bu materialların QAT-ın internet saytında yerləşdiriləcəyini də söyləyib. Konfransın işçi qrupunun üzü, fəlsəfə elmləri doktoru Əli Abbasov “Praqa prosesinin yekunları” mövzusunda çıxış edib. Onun sözlərinə görə, münaqişənin kənar siyasi qüvvələrin vasitəçiliyi ilə ədalətli həlli mümkün deyil. Tarix elmləri namizədi Firdovsiyə Əhmədova 1918-1923-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində toxunub. O bildirib ki, həmin dövrdə də ABŞ və İngiltərə münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirib. Münaqişənin həllinin xalqın iradəsindən asılı olduğunu deyən F. Əhmədova qeyd edib ki, həmin dövrdə Azərbaycan xalqının mövqeyi münaqişənin həllində əhəmiyyətli rol oynayıb və 1919-cu ildə Qarabağ və Zəngəzur həm siyasi, həm də hərbi vasitələrdən istifadə etməklə Ararat Respublikasının (indiki Ermənistan) işğalından azad edilib. Konfrans tarixçi və politoloqların çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR