Bank Of Baku

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb
# 22 may 2008 10:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xətində monitorinq keçirilib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin köməkçiləri İmre Palatinus, Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə ərazisi sayılan təmas xətinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR