Bank Of Baku

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar

Ermənilər müxtəlif istiqamətlərdə atəşkəsi pozublar
# 23 may 2008 07:40 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 22-də saat 07.15-dən 20.00-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndləri, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berdavan kəndində, İcevan rayonu Berkaber kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım və Kəmərli kəndləri yaxınlığında yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa, ermənilər saat 17.20-dən 19.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 07.20-dən 07.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 20-45-dən 21.00-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, mayın 23-də saat 04.00-dan 04.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR