Azərbaycan Dövlət Komitəsinin sədri: “Məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdı”
Dövlət Komitəsinin sədri bununla belə, təəssüflə qeyd edib ki, Azərbaycanda radikallığa meylli xırda qruplar mövcuddur: “Orta ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa kimi qələmə verməyə başladı. Halbuki Azərbaycanda hicabın qadağan olunmasından söhbət belə gedə bilməz. Şübhəsiz ki, Təhsil Nazirliyinin qərarını məhz bu cür qələmə verməklə onlar müəyyən məqsəd güdürlər. Ancaq bunla özlərini ifşa etdilər. Necə olur ki, indiyədək övladlarını məktəbli formasından kəskin fərqlənən, məsələn, təmtəraqlı, böyüklərə xas dəbə uyğun geyimlə məktəbə göndərən valideynlər vahid məktəbli formasından şikayətlənmir, ancaq din adından istifadə edən bir qrup şəxs “hicaba qadağa qoyuldu” deyib səs-küy salır? Təbii ki, bu “etirazçılar”ın dinlə heç bir əlaqəsi yoxdur və onların qanundankənar istənilən əməlləri perspektivsizdir. Onlar sadəcə olaraq Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Bütün qanundankənar əməllər kimi, məktəbə hücum çəkilməsi bizi çox məyus edir. Məktəb - uşağın, yeniyetmənin elm, savad öyrəndiyi müqəddəs yerdir. Məgər din pərdəsi altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər – ilk növbədə həmin şəxslərin özlərini tərəfdarı hesab etdikləri İslam dini – insanın təhsil almasını, maariflənməsini vacib sayır? Məgər bilmirlər ki, müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də “Oxu!” deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər? Bütün bunları çox yaxşı bilirlər. Bilmirlərsə, öyrənmək də istəmirlər. Çünki əsas məqsədləri qanunsuzluğa əl atmaq, təxribatçı çağırışlar etmək, dövlətlə dindar vətəndaşlar arasındakı möhkəm bağlılığı sarsıtmağa cəhd göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə çatmayacaqlar!”.
H. Orucovun sözlərinə görə, dini baxımdan müqəddəs və yaxud ağır hesab edilən ayların özünəməxsus xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda insanların daha həssas olmasıdır: “Bu baxımdan məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdılar. Ölkəmizdə təfriqə yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə bağlı olan xalqımızın həssaslığından “yararlanmaq” istədilər. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi dindaşını təxribatçıdan ayırmağı da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz normaldır. Çünki bəzi qüvvələr bizim inkişafımızı, iqtisadi tərəqqimizi, eyni zamanda milli-mənəvi dəyərlərimizə daha şüurlu şəkildə qayıdışımızı və onlara sahib çıxmağımızı istəmirlər. Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi dünyamızda təxribat yaratmağa çalışırlar. Lakin dini məsələlərin hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin mövqeyi birmənalı olaraq qalacaq”.
H. Orucov deyib ki, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edildiyi istisna deyil: “Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları, başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir”.
Komitə sədri deyib ki, baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, yəqin ki, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək: “Hesab edirəm ki, bu kimi məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidir”.
H. Orucov vurğulayıb ki, Azərbaycanda dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək: “Bu birmənalıdır. Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır. Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır. Dövlət də dini siyasətdən uzaq tutmaq üçün əlindən gələni edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi halların qarşısının alınması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirir”.
Din
Ramin Məmmədov: Azərbaycan multikultural dəyərlərin təşviqinə töhfə verir
Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
QMİ: Həcc ziyarəti üçün kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək
Xəbər Lenti
Rusiyada FHN-in mobil tətbiqinə kütləvi kiberhücum olub
Tramp: Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik
Tramp: ABŞ Rusiya və Çin haqqında kəşfiyyat məlumatları toplayır
Floridada özəl təyyarə yaşayış kompleksinə çırpılıb, 9 nəfər həlak olub - YENİLƏNİB
İliyana Yotova Bolqarıstanda prezident seçkilərində liderlik edir
Suriyada neft emalı zavoduna qarşı terror aktının qarşısı alınıb
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu ABŞ-da keçiriləcək seçkilərdən sonra İranla müharibənin yenidən başlanması üçün Trampa təzyiq göstərir
İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında “Arsenal”a məğlub olub
Zelenski Ukraynanın sülh naminə işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanıyıb-tanımayacağına cavab verib
Əraqçi: İran ABŞ-ın diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Zelenski: Rusiya ABŞ vasitəsilə Ukraynadan ələ keçirə bilmədiyi əraziləri tərk etməyi tələb edir
Türkiyə Super Liqası: “Beşiktaş” xal itirib
Zelenski Putinə Türkiyədə görüşməyi təklif edib
Goranboyda avtomobil 34 yaşlı piyadanı vurub öldürüb
Tramp: İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim
Rusiya Ukraynaya zərbə endirib, ölənlər var
“Qalatasaray”da Abdullah Kavukcu da istefa verib
Ağstafada avtomobil iki yeniyetmə qızı vurub
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
İsveç xüsusi təyinatlıları Baltik dənizində Rusiya ilə əlaqəli gəmidə əməliyyat keçirib
Avropa Komissiyası Polşadakı siyasi böhran fonunda Tusku dəstəkləyib
ABŞ-ın xəbərdarlığından sonra FSB Moskvada terror planlaşdıran yeniyetməni saxlayıb - YENİLƏNİB
Mətbuat Şurasının sədri: APA TV müxbirinə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir
Tayvan sahillərində 5,6 maqnitudalı zəlzələ olub
Zelenski ABŞ-dan Ukraynaya təcili “Patriot” raketləri verilməsini xahiş edib
“Neftçi” liderliyə yüksəlib
Frankfurt-na-Maynda iğtişaşlar zamanı 100-dən çox polis xəsarət alıb, 54 nəfər saxlanılıb
Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb, 4-nün durumu ağırdır - YENİLƏNİB
Portuqaliyada polis və etirazçılar arasında toqquşma olub, 13 nəfər saxlanılıb
Yəmən hökuməti Əl-Cəvf əyalətində strateji mövqelərə nəzarətin təmin edildiyini açıqlayıb
BƏƏ ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenariyə hazırlaşır
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
Fransadakı etirazlar Makron rejiminin sosial-iqtisadi siyasətinə etimadsızlığı üzə çıxarır - RƏY
“Qalatasaray” klubunun vitse-prezidenti istefa verib
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
Göygöldə yük maşını divara çırpılıb, ölən var - FOTO
Zelenski: Türkiyə Ukrayna və Rusiya arasında praktik və realist vasitəçi ola bilər
Ukrayna Prezidenti: Putinlə Türkiyədə görüşməyə hazıram
ABŞ-da stadionda atışma olub, ölən və yaralananlar var - YENİLƏNİB
DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
Sabah Azərbaycanda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı başlayır
Sabah Bakıda 20, rayonlarda 22 dərəcə isti olacaq
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələnib - VİDEO