Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazanla bağlı müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazanla bağlı müşavirə keçirilib
# 17 iyun 2015 13:56 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, müşavirədə DQİDK-nın rəhbərliyi, mərkəzi aparatın işçiləri və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

 

Komitə sədri Mübariz Qurbanlı Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlandığını deyib. O bildirib ki, bölgə şöbələri Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməlidir. M. Qurbanlı bu müddətdə komitə üçün ölkədəki dini əhval-ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Komitə sədri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiqlənən Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də komitə və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Buna görə də bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.

 

Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında bölgə şöbələrinin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. O, prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı bölgə şöbələrinin rəhbərlərinə tövsiyələrini verib. M. Qurbanlı bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu vurğulayıb.

 

Müşavirənin sonunda Dövlət Komitəsinin şöbələrinin ikinci yarımil üçün tədbirlər planı təsdiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR