Qorlovkada Əhalinin Mülki Müdafiə İdarəsinə hücum törədilib

Qorlovkada Əhalinin Mülki Müdafiə İdarəsinə hücum törədilib
# 16 aprel 2014 04:18 (UTC +04:00)

Bakı-APA. Bu gecə Ukraynada naməlum silahlı şəxslər tərəfindən Qorlovka şəhər şurasının Əhalinin Mülki Müdafiə İdarəsinin yerləşdiyi binasına hücum törədilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, hücum edənlər maskalı olub.

“Əhalinin Mülki Müdafiə İdarəsində bütün qapılar qırılıb, telefonlar yararsız vəziyyətə salınıb. Binada olan qadın xəsarət almasa da, dərin stress vəziyyətindədir”, deyə şəhər şurasının açıqlamasında bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR