Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ikitərəfli müqavilələr imzalayıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ikitərəfli müqavilələr imzalayıb
# 26 sentyabr 2013 07:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ilə Belarus Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqı, Macarıstan Müəllimlər Birliyi, İsrail Müəllimlər Birliyi, Makedoniya Elm Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Sloveniya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Bosniya və Herseqovina İbtidai Təhsil İşçiləri Həmkarlar İttifaqı və Bosniya və Herseqovina Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı arasında ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.

APA-nın məlumatına görə, imzalanma mərasimində ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev qonaqlara Azərbaycanda həmkarlar təşkilatlarının fəaliyyəti ilə bağlı məlumat verib.

S.Mehbalıyev həmçinin Azərbaycanın uğurla təhsil siyasətindən də danışıb: “Ölkəmizdə hər il yeni-yeni məktəb binaları tikilir, uşaqlarımızın təhsilli, sağlam vətəndaş kimi yetişdirilməsi üçün hərtərəfli şərait yaradılır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan dövləti tərəfindən işğal olunması nəticəsində 1 milyondan artıq vətəndaşımız doğma yurd-yuvasından didərgin düşüb, minlərlə təhsil müəssisəsi işğalçılar tərəfindən dağıdılıb”.

Sonra elm və təhsil işçilərinin sosial, iqtisadi, əmək hüquqlarının qorunması və s. məsələlərlə bağlı ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR