ARDNŞ Asfalt-beton istehsalı zavodu açıb

ARDNŞ Asfalt-beton istehsalı zavodu açıb
# 04 oktyabr 2013 15:26 (UTC +04:00)

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, mərasimdə Trestin və ARDNŞ-ın bir sıra struktur təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.

“Neftqaztikinti” trestinin müdiri Mirkazım Abasov yeni Asfalt-beton istehsalı zavodu haqqında məlumat verərək bildirib ki, İtaliyanın “Ammann” şirkətinin istehsalı olan bu qurğunun istehsal qabiliyyəti 80 ton/saat təşkil edir. Zavod ARDNŞ-ın günbəgün artan tələbatının ödənilməsi və Qaradağ rayonunda fəaliyyət göstərən müəssisələrin sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə inşa olunub. O, ARDNŞ rəhbərliyinin yeni texnika və texnologiyaların tətbiq edilməsini daim diqqət mərkəzində saxladığını söyləyib.

Qeyd edək ki, ARDNŞ-ın “Neftqaztikinti” trestinin Yol Tikinti Təmir İdarəsi (YTTİ) Bakının Zığ qəsəbəsində, “Neft Daşları”nda, Çilov adasında və Səngəçalda yerləşən 4 asfalt-beton qurğusu vasitəsilə hər növ yüksək keyfiyyətli asfalt-beton istehsalı, həmçinin Bakıda və Abşeron yarımadasında magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-betonla örtüklənməsi işlərini həyata keçirir. Bu qurğular vasitəsilə 2008-ci ildən bu günə qədər İdarə tərəfindən 400 min tona yaxın asfalt-beton istehsal olunaraq magistral yolların, küçə və meydançaların tikintisinə sərf olunub. Yeni zavodun tikintisi Trestinin 5 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən 6 ay müddətinə başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR