Biləcəri stansiyasında dəmir yolunun əsaslı təmirinə başlanıb - FOTO

Biləcəri stansiyasında dəmir yolunun əsaslı təmirinə başlanıb  - <span style="color: red;">FOTO
# 11 mart 2014 07:03 (UTC +04:00)

Bakı - APA. Bu gün “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daxili imkanları hesabına bu gün Biləcəri stansiyasında 800 metr yolun əsaslı, bir ədəd yoldəyişdirici qurğunun cari təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

Səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb, 400 metr köhnə yol artıq sökülüb.

Qeyd edək ki, mart ayının birinci ongünlüyündə Güzdək stansiyasında 2375 metr yol əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR