İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb
# 05 noyabr 2013 13:15 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan gələn Azərbaycan vətəndaşı Mehri Həbibovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 1 ədəd bağlamada, xalis çəkisi 110,559 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR