Nazir müavini: “İri buynuzlu heyvanlar arasında yayılan xəstəlik insanlar üçün təhlükəli deyil”

Nazir müavini: “İri buynuzlu heyvanlar arasında yayılan xəstəlik insanlar üçün təhlükəli deyil”
# 05 sentyabr 2013 10:55 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təxminən iki ay müddətində virusa yoluxmuş heyvanlar sağalacaqlar: “Hazırda Dövlət Baytarlıq Xidməti dərmanların alınması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır. Təxminən 15 günə dərmanların ölkəyə gətirilməsi nəzərdə tutulub”.

A.Aslanovun sözlərinə görə, bu xəstəlik yayılmamışdan öncə də nazirlik mövcud olan dərman vasitələri ilə profilaktik tədbirlər aparıb: “Lakin respublikada virusun bu dərəcədə artacağını gözləmirdik. İndi görülən bir sıra tədbirlər nəticəsində xəstəlik azalır. Məsələn, 20 min baş heyvan sağalmaq üzrədir, 2350 baş heyvan hazırda müalicə olunur, ölən heyvanların sayı isə 108 başdır. Bu xəstəliyin heç bir perspektivi yoxdur və onun tezliklə bitməsini güman edirik. Məlum olduğu kimi, bizə bu məqsədlə dövlət başçısına müraciət etdik və bizə yardım üçün Ehtiyat Fondundan 2 mln. 350 min manat həcmində pul ayrıldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR