Donetsk separatçıları Slavyanskın “xalq meri”ni həbs ediblər - VİDEO

Donetsk separatçıları Slavyanskın “xalq meri”ni həbs ediblər - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 01:35 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, “DXR”-in “mətbuat xidmətinin” məlumatına əsasən, Vyaçeslav Ponomaryov hazırda separatçıların nəzarətində olan Ukrayna Təhlükəsizlik Xidmətinin binasında saxlanılır.

“Slavyanskın “xalq meri” adlandırılan Ponomaryov administrasiyanın məqsədləri və vəzifələrinə zidd olan fəaliyyətlə məşğul olduğu üçün tutduğu vəzifədən kənarlaşdırılıb”, deyə məlumatda bildirilib.

Ponomaryov aprelin 13-də, Ukrayna Təhlükəsizlik Xidmətinin binasının separatçılar tərəfindən ələ keçirildikdən sonra Slavyanskın “xalq meri” elan edilmişdi. Bundan əvvəl o kiçik bir sabun zavodunun rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR