Ermənistan Nazirlər Kabineti binası önündə aksiya keçirilir: “İrəvana od vuracağıq”

Ermənistan Nazirlər Kabineti binası önündə aksiya keçirilir: “İrəvana od vuracağıq”
# 13 mart 2014 14:44 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildirirlər.

Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar.

“Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu vədə əməl olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR