Gəncədə Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin açılışı olub

Gəncədə Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin açılışı olub
# 26 dekabr 2013 16:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yeni üçmərtəbəli Uşaq İncəsənət Mərkəzi fəaliyyətə başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkilləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib ki, Mərkəz qısa müddətə tikilib və müasir standartlara uyğundur. Şəhər rəhbəri əlavə edib ki, uşaqların sənət öyrənmələri və yaradıcılıq imkanlarının genişləndirməsi üçün burada hər cür şərait yaradılıb.

M. Cabbarov isə qeyd edib ki, ölkədə belə mərkəzlərə ehtiyac var və bu cür mərkəzlərin inşası məqsədəuyğundur. Sonra bina ilə tanışlıq olub.

Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi 1979-cu ildə yaradılıb. 2012-ci ilə kimi fəaliyyət göstərən mərkəzin binası bərbad vəziyyətdə olub. Ötən ildən başlayaraq mərkəz üçün yeni bina tikilib və hazırda müasir üslubda olan mərkəzdə 56 pedaqoji işçi 4 şöbədə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR