Moskvada Rusiyanın Ukraynada hərbi əməliyyatları əleyhinə “Sülh marşı” keçirilib - FOTO

Moskvada Rusiyanın Ukraynada hərbi əməliyyatları əleyhinə “Sülh marşı” keçirilib - <span style="color: red;">FOTO
# 15 mart 2014 14:15 (UTC +04:00)

APA-nın məlumatına görə, marş Puşkin meydanından Saxarov prospektinə qədər davam edib.

Fəallar əllərində Ukrayna və Rusiya bayraqları tutublar və “Ukrayna, biz səninləyik!”, “Müharibəyə “yox”!” şüarlarını səsləndiriblər. Polisin məlumatına görə, aksiyaya 3 min nəfər gəlib. Təşkilatçılar isə bildirirlər ki, aksiyada on minlərlə insan iştirak edib. Daxili İşlər Nazirliyi isə aksiya iştirakçılarını “Krımın Rusiya ilə birləşməsinə qarşı çıxanlar” kimi təqdim edib.

Bu aksiya ilə paralel olaraq, Moskvada Rusiya hakimiyyətinin hərəkətlərinin tərəfdarı kimi çıxış edənlərin də aksiyası keçirilib. Polis aksiyada 15 min nəfər iştirak etməsi barədə məlumat açıqlayıb. Rusiya DİN-in məlumatına qeyd olunub ki, bu aksiyaya toplaşan insanlar Krımı dəstəkləyirlər və faşizmə qarşı çıxış edirlər.

Qeyd edək ki, martın 1-də Rusiya Federasiya Şurası prezident Vladimir Putinə Ukraynaya qoşun yeritmək səlahiyyəti verib. Rusiya Federasiya Şurası bu addımı Ukraynada yaşayan rusiyalıların və rusdilli əhalisinin qorunmasının vacibliyi ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR