Polisin Samuxda keçirdiyi əməliyyat zamanı 7 ədəd çətənə kolu aşkarlanıb

Polisin Samuxda keçirdiyi əməliyyat zamanı 7 ədəd çətənə kolu aşkarlanıb
# 04 sentyabr 2013 18:36 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Milli Məclisin vitse-spikerinə məxsus torpaq sahəsində narkotik tərkibli bitkilərin aşkarlanması barədə məlumat yanlışdır. Bunu APA-ya Samux rayon Polis Şöbəsinin rəis müavini Babək Bağırov deyib. Bəzi internet saytlarının Valeh Ələsgərovun qardaşı Rasim Əsgərova məxsus yeməkxanada və torpaq sahəsində narkotik maddə sayılan marixuananın aşkarlandığı barədə yazdığını bildirən B.Bağırov bu məlumatların yanlış olduğunu, habelə həmin ərazinin Rasim Əsgərova məxsus olmadığını qeyd edib.

“Rayonun Qarayeri qəsəbəsində əməliyyat keçirmişik. Saytlarda yayılan xəbərlərdəki kimi 4 nəfər deyil, yalnız bir nəfər saxlanılıb. Bu, Nazim Qasımov adlı şəxsdir. Qarayeri qəsəbə sakini N. Qasımov 14,87 qram marixuananı satarkən tutulub. O, narkotik vasitəni qəsəbə ərazisindəki meşə zolağının yaxınlığında kultivasiya yolu ilə yetişdirirmiş. Əraziyə baxış zamanı çəkisi 2 kiloqram 300 qram olan 7 ədəd çətənə kolu müəyyən edilərək götürülüb”, - deyə B.Bağırov vurğulayıb.

Samux rayon Polis Şöbəsinin rəis müavini faktla bağlı araşdırma aparıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR