Ankarada Milli Düşüncə Mərkəzində Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib

Ankarada Milli Düşüncə Mərkəzində Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirilib
# 28 sentyabr 2013 13:58 (UTC +04:00)

Ankara. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü, Azad Qarabağ Uğrunda Alyansın dəstəyi ilə “Qarabağ Təbliğat Turu” çərçivəsində Ankarada Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, alyans üzvləri Milli Düşüncə Mərkəzində azərbaycanlı tələbələrin iştirakı ilə Qarabağ münaqişəsi ilə bağlı təşkil olunan tədbirə qatılıblar. Milli Düşüncə Mərkəzinin baş katibi Sadik Somuncuoğlu Qarabağ probleminin daim gündəmdə saxlanması və həlli üçün Türk dünyasının birliyinin önəmini vurğulayıb.

Ankara Universitetinin professoru Xanım Xəlilova isə qeyd edib ki, Qarabağın işğal altında olmasına baxmayaraq, digər dövlətlər bu münaqişənin həllinə soyuq münasibət bəsləyir: “Bizim əsas məqsədimiz Dağlıq Qarabağ problemini, torpaqlarımızın işğalı məsələsini gündəmdə saxlamaq və onun həllinə nail olmaqdır. Ermənilər hər vəchlə Qarabağ hadisələrini, Xocalıda törətdikləri soyqırımı unutdurmağa çalışırlar”.

QAT sədri Akif Nağı qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının problemidir və Qarabağa qarşı təcavüz təkcə Azərbaycana deyil, bütün Türk dünyası və İslam dünyasının qarşı edilən təcavüzdür: “Buna görə də Qarabağ probleminin həllində bütün türk-islam dünyası birləşməlidir”.

Sonra Alyans üzvləri Gümüşhanə bələdiyyə başqanı Mustafa Canlı ilə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR