Qazaxda 11 otaqdan ibarət inzibati binada yanğın olub

Qazaxda 11 otaqdan ibarət inzibati binada yanğın olub
# 02 noyabr 2013 22:43 (UTC +04:00)

Bakı-APA. Qazaxda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Alpoud kəndində (rayon mərkəzindən 16 km aralı) ümumi sahəsi 400 kv.m olan birmərtəbəli 11 otaqdan ibarət inzibati binada baş verib. Nəticədə binanın 3 otağının yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR