Elmar Məmmədyarov: “Monteneqro etibarlı tərəfdaşdır” - FOTO

Elmar Məmmədyarov: “Monteneqro etibarlı tərəfdaşdır” - <span style="color: red;">FOTO
# 16 aprel 2014 14:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. "Monteneqro Azərbaycan üçün yaxşı və etibarlı tərəfdaşdır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanla Monteneqro arasında münasibətlər bütün sahələrdə inkişaf edir: “Bu, mükəmməl deyil. Amma ümid edirəm ki, münasibətlərimiz günbəgün daha da inkişaf edəcək. Biz bunun üçün nə edə biləcəyimiz barədə fikir mübadiləsi apardıq. İnvestisiyalar artır. Tək otel və turizmlə bağlı deyil, baxılma mərhələsində olan infrastruktur, yol tikintisi layihələrimiz var. Biz bunlara hazırıq, çünki bilirik ki, Monteneqro yaxşı və etibarlı tərəfdaşdır".

Xatırladaq ki, bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçi qəbul edib. Görüşdə Azərbaycanla ATƏT arasında münasibətlərin inkişafı və parlament diplomatiyasının önəmi müzakirə olunub. Nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işləri qonağın diqqətinə çatdırıb. Münaqişənin beynəlxalq hüquq prinsipləri çərçivəsində həllinin və beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı prinsipial mövqeyinin ortaya qoymasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR