Gülər Əhmədovaya hökm oxunub - YENİLƏNİB - VİDEO

Gülər Əhmədovaya hökm oxunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 02 dekabr 2013 13:13 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G. Əhmədovaya hökm oxunub.

Hökmə əsasən, G. Əhmədovanın təqsiri məhkəmə zamanı təsdiqini tapıb. Onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Məhkəmə hökm çıxararkən onun ilk dəfə cinayət törətməsini, 3 dəfə deputat olmasını, ictimai-siyasi fəaliyyətini, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, şəxsiyyətini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.

Qeyd olunub ki, onun barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi, yəni aşağı həddən də az cəza təyin olunması tətbiq olunub. G. Əhmədova ittiham olunduğu 178.3.2-ci maddəsi ilə 2 il 6 ay, 307.2-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası qismən toplanma yolu ilə 3 il müddətinə cəza kimi təyin olunub.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR