Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb
# 26 iyul 2013 08:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Bakıda yeniyetmə qız itkin düşüb. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 24-də qeydə alınıb. Yeni Yasamalda qeydiyyatsız tikilidə yaşayan, 16 yaşlı Məhluqə Ələkbərovanın itkin düşməsi barədə valideynləri polisə məlumat veriblər. Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Hazırda polis itkin düşmüş M. Ələkbərovanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR