BMT baş katibi: «Dünyanın əksər ölkəsi İİV infeksiyasının qarşısının alınmasında irəliləyişə nail olur»

BMT baş katibi: «Dünyanın əksər ölkəsi İİV infeksiyasının qarşısının alınmasında irəliləyişə nail olur»
# 30 noyabr 2013 10:18 (UTC +04:00)

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya daxil olan müraciətdə baş katib builki Ümumdünya QİÇS günündə daha çox nikbin olduğunu qeyd: “Dünyanın əksər ölkəsi İİV infeksiyasının qarşısının alınmasında irəliləyişə nail olur. Yeni infeksiya və ölüm halları göstəricilərində əhəmiyyətli dərəcədə azalma müşahidə olunmaqdadır. 2015-ci ilə qədər 15 milyon insanın virus əleyhinə müalicə ala bilməsini reallaşdırmaq hədəfi istiqamətində biz çox yaxşı irəliləyişlər əldə etmişik. QİÇS-i həmişəlik dayandırmaq və epidemiyanın qarşısını almaq mühüm məsələdir.

Lakin BMT-nin QİÇS üzrə birgə Proqramının (UNAİDS) 2013-cü il Ümumdünya QİÇS günü ilə bağlı hesabatında bəzi ölkə və regionlarda hələ də bu işlə bağlı çatışmazlıqların olduğuna işarə edən narahatedici məqamlar var. Biz damğa və ayrı-seçkiliyin ləğvi yolunda səylər vasitəsilə aztəminatlı əhaliyə çata bilirik, lakin bununla bərabər, problemə son qoymaq üçün görüləsi işlər çoxdur. Biz cəza qanunları və sosial təcrid də daxil olmaqla, bütün maneələri aradan qaldırmalı, eləcə də İİV-in müalicəsi və xidmətlərdən yararlanmaq imkanı olmayan hər bir kəsə yardım əlimizi uzatmalıyıq.

QİÇS-dən azad nəslin yetişməsində şəraitin yaradılması üçün yeni İİV infeksiyalarının uşaqlar arasında yayılmasının qarşısının alınması istiqamətində səyləri artırmalı və İİV-lə yaşayan anaların müalicə alması təmin etməliyik. Mən mənəvi zərbəyə səbəb olan, İİV infeksiyası təhlükəsini və QİÇS-lə ölümünü artıran qadınlara qarşı zorakılıq və ayrı-seçkilik hallarının dayandırılması üçün addımlar atılması ilə bağlı xüsusi xəbərdarlıq edirəm.

Mən qlobal xəstəliklərlə mübarizə aparılmasında əsas maliyyə mənbələrindən biri sayılan QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fonda əhəmiyyətli dərəcədə töhfə verən tərəfdaşları təqdir edirəm. QİÇS və digər xəstəliklərin qarşısının alınması istiqamətində inkişaf etmiş ölkələr davamlı maliyyə yardımı ayırmaqla nümunəyə çevrilirlər. QİÇS-lə mübarizə aparılması istiqamətində az və orta gəlirli ölkələr də daxili xərclərini əhəmiyyətli dərəcə də artırıb. Biz 2015-ci ildən sonra da QİÇS-in qarşısının alınmasında uzunmüddətli dayanıqlılığın təşviqi üçün maliyyə imkanları axtaranların hər biri bizim dəstəyimizə layiqdir.

Qarşıda hələ də görüləsi işlər çoxdur. Biz QİÇS-siz gələcək istəyiriksə, sıfır yeni İİV yoluxmaları, sıfır ayrı-seçkilik və sıfır QİÇS-in səbəb olduğu ölüm halları arzumuza çatmaq üçün gərək sərmayə qoyuluşunu, öhdəliyimiz və innovativliyi davam etdirək. Ümumdünya QİÇS Günündə, gəlin QİÇS-i birdəfəlik tarixin səhifələrinə həkk edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR