Cəlilabadda traktorun yük hissəsindəki armatur 17 yaşlı oğlanın qarnına batıb - VİDEO

Cəlilabadda traktorun yük hissəsindəki armatur 17 yaşlı oğlanın qarnına batıb - <span style="color: red;">VİDEO
# 15 mart 2014 15:56 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Azərbaycanın Cəlilabad rayonunda 17 yaşlı məktəblinin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hərəkətdə olan qoşqulu traktorun yük hissəsindəki armatur kənd sakini Arif Nəsirovun idarə etdiyi motosikletin arxa tərəfində dayanmış 17 yaşlı Nurlan Əliyevin qarın nahiyəsinə batıb. Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bununla belə hazırda N.Əliyevin vəziyyəti ağır olaraq qalmaqdadır.

İlkin versiya kimi hadisənin traktorun sürücüsünün təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR