Azərbaycan səfirliyi təxribatçı televiziya süjeti ilə bağlı Ukrayna XİN-ə və “İnter” kanalına məktub göndərib

Azərbaycan səfirliyi təxribatçı televiziya süjeti ilə bağlı Ukrayna XİN-ə və “İnter” kanalına məktub göndərib
# 14 may 2013 10:15 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, həm “İnter” kanalına, həm Ukrayna Xarici İşlər Nazirliyinə bu məsələyə aydınlıq gətirmək üçün məktub göndərilib. Məktubda qeyd edilir ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü rəsmi sürətdə tanıyır və belə bir filmin göstərilməsi heç də yaxşı addım deyil: “Kanal çox kobud səhv edib, həqiqətləri təhrif edən materialı efirə verib. Məktubda bununla bağlı görüş keçirilməsi istənilib. İndi səfirlik məktuba cavab gözləyir. Görüş zamanı “İnter” kanalından tələb olunacaq ki öz səhvini düzəltmək üçün efirində Qarabağ həqiqətləri, onun tarixi, coğrafiyasını əks etdirən film nümayiş etdirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR