Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistana gedir

Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistana gedir
# 13 yanvar 2014 11:53 (UTC +04:00)

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 16-dək davam edəcək səfərin məqsədi Azərbaycan və Türkmənistan xalqları arasında mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir.

Nümayəndə heyətinin Türkmənistanda yüksək səviyyədə bir sıra görüşlər, o cümlədən, Türkmənistan parlamentinin, Xarici İşlər Nazirliyinin, Ağsaqqallar Şurasının, Dini məsələlər üzrə Komitəsinin rəhbərliyi və s. ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər çərçivəsində Türkmənistanın paytaxtı Aşqabadda və Marı şəhərində tarixi-mədəni abidələr, məscidlər ziyarət olunacaq.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Türkmənistana Azərbaycan Milli Məclisinin deputatları - Azərbaycan Ağsaqqallar Şurasının sədri, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü Fəttah Heydərov, Mübariz Qurbanlı və Cavanşir Paşazadə, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev və s. səfər edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR