İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub
# 17 aprel 2014 07:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda güclü zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Şonbə şəhərinə təsadüf edib.

5,1 bal gücündə olan zəlzələ aprelin 17-də Bakı vaxtı ilə saat 04:31-də yerin 20 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR