Qənirə Paşayeva ATƏT və BMT-nin Azərbaycandakı fəaliyyətini tənqid edib

Qənirə Paşayeva ATƏT və BMT-nin Azərbaycandakı fəaliyyətini tənqid edib
# 04 aprel 2014 10:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan parlamentinin bu gün keçirilən iclasında ATƏT və BMT-nin ölkədəki mövcud fəaliyyəti sərt tənqid olunub.

APA-nın məlumatına görə, çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, bu qurumların Azərbaycanda hər şeyə ikili standartla yanaşması nə qədər davam edəcəksə, bu təşkilatlardakı insanlara da inam çox az olacaq.

Deputat Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışaraq bunu həmin təşkilatların fəaliyyətinə misal çəkib: “Biz Tovuzda baş verənlərə görə, çox narahatıq. Beynəlxalq təşkilatlar ayrı vaxtlar Azərbaycanda baş verən bir hadisəyə görə səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar. Buradan bəyan edirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR