Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə sui-qəsd olub

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəfə sui-qəsd olub
# 03 aprel 2014 07:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Frans Press” Pakistan polisinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, naməlum şəxslər Müşərrəfin olduğu avtomobili partlatmağa cəhd göstəriblər. Körpünün altına qoyulan partlayıcı qurğu sabiq prezidentin olduğu avtomobil keçməzdən 20 dəqiqə öncə işə düşüb.

Xatırladaq ki, martın 31-də İslamabad məhkəməsi Müşərrəfi dövlətə xəyanətdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR