Ukraynanın baş naziri parlamentin iclasına gəlməyib

Ukraynanın baş naziri parlamentin iclasına gəlməyib
# 03 dekabr 2013 10:32 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radasında Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi barədə qətnamənin müzakirəsinə başlanıb. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, Ali Radanın sədri Vladimir Rıbak 166 deputatın imzası ilə hökumətin istefasına dair qətnamə layihəsinin daxil olduğunu açıqlayıb. Lakin o qeyd edib ki, prosedur qaydalara əsasən hökumətə etimadsızlıq məsələsinə baxılarkən baş nazir və hökumət üzvləri də toplantıda iştirak etməlidir: “Biz onları dəvət etdik, lakin hansısa səbəbdən kabinet üzvləri gəlməyib. Mən bunun səbəbini bilmirəm”.

“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə baş nazir Nikolay Azarov və hökumət üzvlərinin dərhal parlamentə gəlmələrini tələb edib: “Qanuna əsasən burada cinayətkar Azarov, cinayətkar Zaxarçenko və bizim uşaqlarımızı döymək əmri verən digərləri iştirak etməlidir. Konstitusion prosedur tələb edir ki, baş nazir Ali Radada olmalı və tribunadan hesabat verməlidir. Buyurun, biz sizə bir saat vaxt veririk. Qoy Azarov öz hökuməti ilə birlikdə bura gəlsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR