Ermənistanda 170 nəfərin “donuz qripi”nə yoluxduğu təsdiqlənib

Ermənistanda 170 nəfərin “donuz qripi”nə yoluxduğu təsdiqlənib
# 12 yanvar 2016 07:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda 170 nəfərin “donuz qripi” adlandırılan H1N1 virusuna yoluxduğu təsdiqlənib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, onlardan 4-nün vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər. Ermənistanın səhiyyə nazirinin müavini Vaan Poqosyan bildirib ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində H1N1 virusu ilə bağlı 6 ölüm faktı qeydə alınıb: “H1N1 virusuna yoluxmuş 170 xəstədən 4-nün vəziyyəti ağırdır. Onlardan əksəriyyəti isə hətta öz diaqnozu barədə bilmir, ya da artıq sağalıb”.

V. Poqosyanın sözlərinə görə, hazırda ölkədə bütün növ qrip və pnevmoniyadan 855 nəfər müalicə alır. Onlardan 101 nəfəri hamilə qadınlar, 672 nəfəri isə uşaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR