Bakıda maşını maneəyə çırpılan 24 yaşlı sürücü dünyasını dəyişib

Bakıda maşını maneəyə çırpılan 24 yaşlı sürücü dünyasını dəyişib
# 14 oktyabr 2014 08:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonu Şağan-Mərdəkan yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Elyar Quliyev idarə etdiyi «Daewoo-Nexia» markalı avtomobili idarəetməni itirərək maneə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR