Yevlaxda iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb

Yevlaxda iki yük maşını toqquşub, 2 nəfər xəsarət alıb
# 03 dekabr 2014 19:18 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax magistral avtomobil yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “KAMAZ” və “Hyundai” markalı iki yük avtomobili toqquşub.

Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və bir sərnişin, Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:25-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR