Səudiyyə Ərəbistanı İraq tərəfindən atəşə tutulub

Səudiyyə Ərəbistanı İraq tərəfindən atəşə tutulub
# 07 iyul 2014 22:41 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident İraqla sərhəddə yerləşən Arar şəhəri yaxınlığında qeydə alınıb.

“Üç mərmi yaşayış məhəllələrinin yanında düşsə də, zərərçəkən olmayıb”, - deyə Səudiyyə Ərəbistanı sərhəd xidmətinin nümayəndəsi bildirib.

Hazırda mərmilərin kimə məxsus olduğu aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR