Pərviz Həşimlinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Pərviz Həşimlinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 07 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.


APA-nın məlumatına görə, prosesdə çıxış edən vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, P. Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR