Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatı məhdudlaşdırılır
# 23 sentyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Econmics”ə verilən xəbərə görə, bu gün saat 10-dan işlər yekunlaşanadək Ağcabədi, Balakən, Şamaxı və Suraxanı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qeyd edək ki, bu məhdudiyyət diametri 219 mm-lik orta təzyiqli qaz kəmərlərinin üzərində qaz tənzimləyici qurğunun, siyirtmənin və kollektorun quraşdırılması, qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR