Şəmkir. Azər Məmmədli-APA. Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə sol bazu və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.
Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.