Bank Of Baku

Mehdi Məmmədovun 100 illik yubileyi qeyd ediləcək

Mehdi Məmmədovun 100 illik yubileyi qeyd ediləcək
# 23 aprel 2018 13:24 (UTC +04:00)

Prezident İlham Əliyev Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, 2018-ci ilin may ayında Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anadan olmasının 100 illiyi tamam olur.

 

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycanın teatr ənənələrinin yeni nailiyyətlərlə daha da zənginləşdirilməsində diqqətəlayiq xidmətlər göstərmiş Mehdi Məmmədovun yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR