Bakıda köşk, Masallıda ev yanıb

Bakıda köşk, Masallıda ev yanıb
# 08 sentyabr 2016 05:49 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 60 m2 olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan yaxınlıqda olan yaşayış evinin plastikdən ibarət 1 ədəd pəncərəsi əriyərək deformasiyaya uğrayıb. Yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

Masallı rayonu, Çaxırlı kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 5 otaqlı yaşayış evinin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR