Azərbaycanın xarici işlər naziri İsrail xarici işlər nazirini müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri İsrail xarici işlər nazirini müavini ilə görüşüb
# 23 aprel 2013 09:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə xarici işlər nazirinin müavini Zeyev Elkinlə görüşüb. APA-nın “İzrus”a istinadən verdiyi məlumata görə, görüşdə İsrail XİN-in Beynəlxalq Əməkdaşlıq və Yardım Mərkəzinin (MAŞAV) xətti ilə bütün sahələrdə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, kənd təsərrüfatı və səhiyyə sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

E. Məmmədyarov Z. Elkini iki ölkə arasında aktiv və konstruktiv dialoqu davam etdirmək üçün Bakıya dəvət edib.

Aprelin 23-də Azərbaycanın xarici işlər naziri bir sıra İsrail şirkətlərini ziyarət edəcək, aprelin 24-də isə baş nazir Benyamin Netanyahu ilə görüşəcək və Knessetə baş çəkəcək.

Qeyd edək ki, ötən ilin dekabrında Aviqdor Libermanın xarici işlər naziri vəzifəsindən istefa verməsindən sonra bu vəzifə vakant qalır və XİN rəhbərinin səlahiyyətlərini də baş nazir icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR